XƏBƏRLƏR / Nəqliyyat

Azərbaycan-İran-Rusiya nəqliyyat nazirləri Moskvaya yollanır

Bunu İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq elan edib

Azərbaycan-İran-Rusiya nəqliyyat nazirləri Moskvaya yollanır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan, İran və Rusiya arasında nəqliyyat nazirlərinin növbəti üçtərəfli görüşü yanvarın 28-də Moskvada keçiriləcək.

    Bunu İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq İran-Azərbaycan Birgə İqtisadi Komissiyasının 16-cı iclasında deyib.

    O qeyd edib ki, Azərbaycanın İran və Rusiya arasında strateji mövqeyi üçtərəfli əməkdaşlığı inkişaf etdirmək və tranzit potensialını artırmaq üçün xüsusi imkanlar yaradır: “Görüşdə xüsusilə Şimal-Cənub nəqliyyat dəhlizi ilə beş il ərzində 15 milyon ton yük daşınmasını hədəfləyən layihələr müzakirə olunub. Bu çərçivədə İran, Azərbaycan və Rusiya arasında nəqliyyat nazirlərinin növbəti üçtərəfli görüşü yanvarın 28-də Moskvada keçiriləcək".