XƏBƏRLƏR / Təbiət

Azərbaycan-İran sərhədində zəlzələ qeydə alınıb

Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb

Azərbaycan-İran sərhədində zəlzələ qeydə alınıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Yanvarın 12-də Azərbaycan-İran sərhədində zəlzələ qeydə alınıb.

    Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

    Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Yardımlı stansiyasından 14 km şimalda, Azərbaycanla-İran sərhədində (İran ərazisində) saat 23:27-də 3,1 maqnitudalı zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunmayıb.