Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini dəyişmədi
AMB mətbuat xidməti xəbər verir
Azərbaycan Mərkəzi Bankı (AMB) uçot dərəcəsini 7,25% səviyyəsində saxlamaq qərarına gəlib.
Məlumata görə, faiz dəhlizinin aşağı həddi 6,25 faiz, yuxarı həddi 8,25 faiz səviyyəsində saxlanılıb.
“Bu qərar proqnoza uyğun olaraq faktiki inflyasiyanın formalaşması, proqnozlaşdırılan inflyasiya hədəf səviyyə (4±2%), həmçinin daxili və xarici inflyasiya amillərinin dinamikası nəzərə alınmaqla qəbul edilib”, - deyə Mərkəzi Bankdan bildirilib.
Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarla bağlı məlumat sentyabrın 18-də ictimaiyyətə açıqlanacaq.