XƏBƏRLƏR / Hərbi

Azərbaycan müdafiə naziri Bosniya və Herseqovinadadır FOTO

Bu barədə Müdafiə nazirliyi xəbər yayıb

Azərbaycan müdafiə naziri Bosniya və Herseqovinadadır FOTO
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Bosniya və Herseqovinaya səfər edib. 

    Səfər çərçivəsində general-polkovnik Z.Həsənov Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü xanım Jelka Tsviyanoviç ilə görüşüb.


    Azərbaycan Respublikasının Bosniya və Herseqovinadakı fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyevin də iştirak etdiyi görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.


    Müdafiə naziri, həmçinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə birgə Dostluq Parkında Xocalı və Srebrenitsa soyqırımıları qurbanlarının xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət edib, önünə əklil qoyub.