Azərbaycan-NATO əməkdaşlığı müzakirə olunub
Bu barədə Azərbaycanın NATO yanında Nümayəndəliyi məlumat yayıb
Azərbaycanın NATO yanında Nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Kevin Hamiltonla görüşüb.
Bu barədə Azərbaycanın NATO yanında Nümayəndəliyi məlumat yayıb.
Görüş zamanı “PCCI26”-nın 3-cü seminarının və “SEL1” təliminin uğurlu nəticələri müzakirə edilib.
Eyni zamanda, Azərbaycan-NATO tərəfdaşlığı çərçivəsində əməkdaşlığın gələcək perspektivləri, eləcə də “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında səmərəli müzakirələr aparılıb.
1 dəqiqədən az