XƏBƏRLƏR / Neft və Qaz

Azərbaycan nefti 100 dolları ötdü

"Azeri Light" ın bir barelinin qiyməti 1,82 % artıb

Azərbaycan nefti 100 dolları ötdü
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan nefti 100 dolları ötdü.

    Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,80 ABŞ dolları, yaxud 1,82 % artaraq 100,53 ABŞ dolları təşkil edib.

    Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

    Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.