Azərbaycan nefti bahalaşıb
“Azeri Light”ın bir barelinin qiyməti 0,72 dollar artıb
Aprelin 24-də İtaliyanın Auqusta limanında CIF bazisi üzrə Azərbaycanın “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,72 dollar bahalaşaraq 86,26 dollar olub.
Türkiyənin Ceyhan limanında FOB bazisi üzrə “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,68 dollar bahalaşaraq 84,76 dollar olub.
Azərbaycanın Rusiyanın Qara dənizdəki Novorossiysk limanından Bakı-Novorossiysk boru kəməri ilə satdığı URALS markalı neftin bir barelinin qiyməti əvvəlki göstəricidən 0,8 dollar bahalaşaraq 55,44 dollar olub.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin bir barelinin qiyməti aprelin 24-də 0,86 dollar bahalaşaraq 84,26 dollar olub.