XƏBƏRLƏR / Neft və Qaz

Azərbaycan nefti cüzi bahalaşaraq 120 dollara yaxınlaşıb

Məlumat dünya birjalarından verilib

Azərbaycan nefti cüzi bahalaşaraq 120 dollara yaxınlaşıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

    Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,15dollar və ya 0,97% artaraq 119,68 ABŞ dolları olub.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 118,53 ABŞ dolları təşkil edib.

    Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.