XƏBƏRLƏR / Neft və Qaz

Azərbaycan nefti cüzi bahalaşıb

"Azeri Light"ın bir barelə olan qiyməti 0,25% artıb

Azərbaycan nefti cüzi bahalaşıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti cüzi bahalaşıb.

    Azərbaycan neftinin bir barelə olan qiyməti 0,19 ABŞ dolları və ya 0,25% artaraq 76.80 ABŞ dollarına çatıb.

        Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 76,61 ABŞ dolları təşkil edib.

        Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.