XƏBƏRLƏR / Neft və Qaz

Azərbaycan nefti ucuzlaşdı

Azeri Light"ın 1 barelinin qiyməti ötən 0,46% azalıb

Azərbaycan nefti ucuzlaşdı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti cüzi ucuzlaşıb.

    Azərbaycan neftinin 1 bareli üzrə qiyməti ötən günlə müqayisədə 0,46% və ya 0,39 dollar azalaraq 84,10 ABŞ dolları ticarət edilib.

    Qeyd edək ki, 2022-ci ildə “Azeri Light” (CIF) markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il “Azeri Light” (CIF) nefti 44,6% bahalaşıb.