XƏBƏRLƏR / Neft və Qaz

Azərbaycan nefti kəskin bahalaşıb YENİLƏNİB

Bunu İran ətrafında gedən münaqişə və Hormuz boğazının bağlanması ilə bağlayırlar

Azərbaycan nefti kəskin bahalaşıb YENİLƏNİB
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 17:01

    Dünya birjalarında satış gününün sonuna yaxın Azərbaycan neftinin 1 bareli 4,49% bahalaşaraq 91,42 ABŞ dollara satılıb.

    ***

    09:52

    Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

    Azərbaycan neftinin 1 barelə olan qiyməti 7,89 ABŞ dolları və ya 9,97% bahalaşaraq 87,49 ABŞ dolları olub. 

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 79,6 ABŞ dolları təşkil edib.

    Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.