Azərbaycan nefti 5 dollar ucuzlaşdı
"Azeri Light"ın 1 barelinin qiyməti 5,74 % azalıb
Azərbaycan nefti yenidən ucuzlaşıb. Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 5 ABŞ dolları, yaxud 5,74 % azalaraq 82,09 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.