Azərbaycan nefti ucuzlaşb
"Azeri Light"ın bir barelinin qiyməti 2,03 % də azalıb

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti cüzi ucuzlaşıb.
Azərbaycan neftinin bir barelə olan qiyməti 1,56 ABŞ dolları və ya 2,03% azalaraq 75,15 ABŞ dollarına çatıb.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir.