XƏBƏRLƏR / Neft və Qaz

Azərbaycan nefti ucuzlaşıb

"Azeri Light"ın bir barelinin qiyməti 1,27 % azalıb

Azərbaycan nefti ucuzlaşıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,94 ABŞ dolları, yaxud 1,27 % azalaraq 72,7 ABŞ dolları təşkil edib.

    Hərracların nəticələrinə görə, “Brent” markalı neftin sentyabr fyuçerslərinin qiyməti 72,70 ABŞ dolları təşkil edib.

    Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,02 ABŞ dolları və yaxud 1,4 % azalaraq 71,3 ABŞ dolları təşkil edib.

    Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

    Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir.