Azərbaycan nefti ucuzlaşıb, qaz isə birjalarda bahalaşıb
Dünya birjalarından daxil olan məlumatlar
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.
Azərbaycan neftinin bir barelə olan qiyməti 0,39 ABŞ dolları və ya 0,51% azalaraq 76,15 ABŞ dollarına bərabər olub.
Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 76,54 dollar təşkil edib.
Bu arada Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb.
Yanvarda çatdırmaq şərtilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 0,72% artaraq 3,479 ABŞ dolları təşkil edib.