XƏBƏRLƏR / Neft və Qaz

Azərbaycan nefti ucuzlaşmaqda davam edir

"Azeri Light"ın bir barelə olan qiyməti 0,97% də azalıb

Azərbaycan nefti ucuzlaşmaqda davam edir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

    Azərbaycan neftinin bir barelə olan qiyməti 0,74 ABŞ dolları və ya 0,97% azalaraq 75,9 ABŞ dollarına bərabər olub.

    Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb.

    Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.