XƏBƏRLƏR / Neft və Qaz

Azərbaycan nefti ucuzlaşmaqda davam edir

Dünya bazarında "Azeri Light" 4,55 % də ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşmaqda davam edir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 3,94ABŞ dolları və ya 4,55 % azalaraq 82,61 ABŞ dolları təşkil edib.

    Hərracların nəticələrinə görə, "Brent" markalı neftin avqust fyuçerslərinin qiyməti 80,9 ABŞ dolları təşkil edib.

    Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 3,95 ABŞ dolları və ya 4,68 % azalaraq 80,35 ABŞ dolları təşkil edib.

    Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

    Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.