Azərbaycan nefti yenidən bahalaşdı
Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,45% artıb
Dünya bazarında "Azeri Light" markalı neft bahalaşıb. Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,2 ABŞ dolları və ya 2,45% artaraq, 92,11 dollar təşkil edib. Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.