XƏBƏRLƏR / Neft və Qaz

Azərbaycan neftinin 1 bareli 109 dollaradək ucuzlaşıb

Azərbaycan neftinin əvvəlki qiyməti 118,56 ABŞ dolları təşkil edib

Azərbaycan neftinin 1 bareli 109 dollaradək ucuzlaşıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

    Azərbaycan neftinin bir barelə olan qiyməti 9,57 ABŞ dolları və ya 8,07% azalaraq 108,99 ABŞ dolları olub.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 118,56 ABŞ dolları təşkil edib.

    Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.