XƏBƏRLƏR

Azərbaycan neftinin 1 bareli bir günə 7 dollar bahalaşdı

Məlumat dünya birjalarından verilib

Azərbaycan neftinin 1 bareli bir günə 7 dollar bahalaşdı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

    Azərbaycan neftinin 1 barelə olan qiyməti 6,43 ABŞ dolları və ya 5,55% artaraq 122,32 ABŞ dolları olub.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 115,89 ABŞ dolları təşkil edib.

    Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.