Azərbaycan neftinin bareli 2,54 ABŞ dollar bahalaşıb
Məlumat dünya birjalarından verilib
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti yenidən bahalaşıb.
Azərbaycan neftinin bir barelə olan qiyməti 2,54 ABŞ dolları və ya 2,25% artaraq 115,55 ABŞ dolları olub.
Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 113,01 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
1 dəqiqədən az