XƏBƏRLƏR / Neft və Qaz

Azərbaycan neftinin qiyməti 101 dollara düşüb

"Azeri Light"ın bir barelinin qiyməti 1,03 % azalıb

Azərbaycan neftinin qiyməti 101 dollara düşüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,05 ABŞ dolları, yaxud 1,03 % azalaraq 101,2 ABŞ dolları təşkil edib.

    Dünən hərracların nəticələrinə görə, “Brent” markalı neftin noyabr fyuçersləri 92,84 ABŞ dollarına satılıb.

    Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

    Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.