XƏBƏRLƏR / Neft və Qaz

Azərbaycan neftinin qiyməti 64 dollardan aşağı enib

"Azeri Light" bir barelə olan qiyməti 1,73% azalıb

Azərbaycan neftinin qiyməti 64 dollardan aşağı enib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb.

    Azərbaycan neftinin bir barelə olan qiyməti 1,11 ABŞ dolları və ya 1,73% azalaraq 63,15 ABŞ dolları təşkil edib.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 64,26 ABŞ dolları idi.

    Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.