XƏBƏRLƏR / Neft və Qaz

Azərbaycan neftinin qiyməti 75 dolları ötüb

Məlumat dünya birjalarından verilib

Azərbaycan neftinin qiyməti 75 dolları ötüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti 1 dollardan çox bahalaşıb.

    Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,19 ABŞ dolları və ya 1,6 % artaraq 75,23 ABŞ dollarına çatıb.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 74,04 ABŞ dolları təşkil edib.

    2025-ci ilin budcəsində neftin 1 barreli 70 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.