XƏBƏRLƏR / Neft və Qaz

Azərbaycan neftinin qiyməti 80 dollara yaxınlaşıb

Bu kəskin artım ABŞ-İsrail tandeminin İranı vurması və Hormuz boğazının bağlanması ilə bağlıdıdır

Azərbaycan neftinin qiyməti 80 dollara yaxınlaşıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

    Azərbaycan neftinin 1 barelə olan qiyməti 6,85 ABŞ dolları və ya 9,4% bahalaşaraq 79,6 ABŞ dolları olub.

        Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 72,75 ABŞ dolları təşkil edib.

        Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.