Azərbaycan neftinin qiyməti 86 dolları ötdü
"Azeri Light"ın 1 barelə olan qiyməti 1,16% artıb
Dünya bazarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,99 ABŞ dolları və ya 1,16% artaraq 86,33 dollara yüksəlib. Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.