Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.
Azərbaycan neftinin bir barelə olan qiyməti 2,04 ABŞ dolları və ya 1,79% artaraq 115,89 ABŞ dolları olub.
Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 113,85 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
1 dəqiqədən az