XƏBƏRLƏR / Neft və Qaz

Azərbaycan neftinin qiyməti artıb

"Azeri Light"ın 1 barelinin qiyməti 0,99 % artıb

Azərbaycan neftinin qiyməti artıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti 1 dollara yaxın artıb. Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,82 ABŞ dolları, yaxud 0,99 % artaraq 83,77 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından hesablanıb.

    Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.