Azərbaycan neftinin qiyməti ucuzlaşıb
Dünya bazarında "Azeri Light"ın 1 barelinin qiyməti 0,77 % azalıb
Azərbaycan neftinin qiyməti ucuzlaşıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,66 dollar azalaraq 84,79 dollar olub.
Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin ötən il ərzində maksimum qiyməti martın 9-da (135,99 dollar) qeydə alınmışdı.