XƏBƏRLƏR / Neft və Qaz

Azərbaycan neftinin qiyməti xeyli artıb

Ekspertlər bunu İran ətrafında baş verən gərginliklə əlaqələndirirlər

Azərbaycan neftinin qiyməti xeyli artıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

    Azərbaycan neftinin 1 barelə olan qiyməti 3,21 ABŞ dolları və ya 4,68% artaraq 71,75 ABŞ dollarına bərabər olub.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 68,54 ABŞ dolları təşkil edib.

    Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.