XƏBƏRLƏR / Hərbi

Azərbaycan Ordusunda NATO-nun qiymətləndirmə təlimi

Müdafiə Nazirliyi xəbər verir FOTO

Azərbaycan Ordusunda NATO-nun qiymətləndirmə təlimi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramına bəyan edilmiş Azərbaycan Ordusunun sülhməramlı tabor və Hərbi Polis bölüyünün 1-ci səviyyəli özünüqiymətləndirmə təliminin ilkin mərhələsi uğurla başa çatıb.

    Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimdə bölmələrin silahlanmasında olan texnika, təchizat, avadanlıqlara baxış keçirilib, NATO standartları və tələblərinə uyarlılıq səviyyəsi yoxlanılıb.

    Qeyd edək ki, qiymətləndirmə NATO-nun Quru Qoşunları Komandanlığının iştirakı ilə Alyansın müxtəlif qərargahlarının və tərəfdaş ölkələrin ƏİK üzrə qiymətləndiriciləri tərəfindən həyata keçirilir.