XƏBƏRLƏR / Hərbi

Azərbaycan Ordusunun zabiti vəfat edib

Məlumatı Müdafiə Nazirliyi yayıb

Azərbaycan Ordusunun zabiti vəfat edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan Ordusunun zabiti Şərbətov Pərviz Əliqulu oğlu vəfat edib.

    Bu barədə məlumatı Müdafiə Nazirliyi yayıb.

    Məlumata görə, zabit məzuniyyətdə olarkən səhhətində qəfil yaranan narahatlığa görə Goranboy rayon Mərkəzi Xəstəxanasına aparılan zaman kəskin ürək-damar, ağciyər çatışmazlığı ilkin diaqnozu ilə vəfat edib.