XƏBƏRLƏR / Müttəfiq

Azərbaycan Pakistana 2 milyardlıq sərmayə qoyacaq

Bu barədə Pakistanın Xarici İşlər Nazirliyi məlumat yayıb

Azərbaycan Pakistana 2 milyardlıq sərmayə qoyacaq
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar Azərbaycanın iqtisadiyyat naziri Mikayil Cabbarovla telefon danışığı aparıb.

    Bu barədə Pakistanın Xarici İşlər Nazirliyi "X"də məlumat yayıb.

    Bildirilib ki, telefon danışığı zamanı Azərbaycanın Pakistana 2 milyard dollar dəyərində investisiyasının reallaşdırılması ətrafında fikir mübadiləsi aparılıb.

    Nazirlər ikitərəfli əlaqələrin mövcud vəziyyətindən məmnunluqlarını ifadə ediblər və münasibətləri daha da inkişaf etdirmək barədə razılığa gəliblər.