XƏBƏRLƏR / Neft və Qaz

Azərbaycan qazının Avstriya və Almaniyaya satışı başlayır

SOCAR-dan verilən məlumata görə, Azərbaycan qazını alan ölkələrin sayı 16-ya çatıb

Azərbaycan qazının Avstriya və Almaniyaya satışı başlayır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • SOCAR Cənub Qaz Dəhlizinin Avropa seqmenti olan TAP vasitəsilə nəql edilən əhəmiyyətli həcmdə qazın Cənubi və Mərkəzi Avropa bazarlarına satışını həyata keçirərək, Azərbaycanın qaz ixracında növbəti mühüm mərhələyə başlayıb. Belə ki, 2026-cı ilin yanvar ayından etibarən Azərbaycan qazı digər ölkələrlə yanaşı, Avstriya və Almaniyadan olan alıcılara təchiz edilir.

    SOCAR-dan verilən məlumata görə, İtaliya üzərindən Avstriya və Almaniyaya həyata keçirilən qaz təchizatı Azərbaycan qazının Avropadakı coğrafi əhatəsini daha da genişləndirir. Beləliklə, Azərbaycan qazını alan ölkələrin sayı 16-ya çatıb.