XƏBƏRLƏR / Hərbi

Azərbaycan Şimali Atlantika Alyansının etibarlı tərəfdaşıdır

NATO Azərbaycanın terrorizmə qarşı mübarizədə fəal iştirakını yüksək qiymətləndirib

Azərbaycan Şimali Atlantika Alyansının etibarlı tərəfdaşıdır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan Şimali Atlantika Alyansının etibarlı tərəfdaşıdır.

    Bunu “NATO günləri” çərçivəsində ölkəmizdə səfərdə olan NATO-nun Müttəfiq Qüvvələrin Avropadakı Baş Qərargah rəisinin müavini kontr-admiral Qunnşteyn Brusdal noyabrın 21-də müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ilə görüşdə bildirib.

    O, Azərbaycanın terrorizmə qarşı mübarizədə fəal iştirakını, Azərbaycan Ordusunun hərbi qulluqçularının NATO qərargahlarındakı fəaliyyətlərini, habelə beynəlxalq sülhməramlı missiyalarda nümayiş etdirdiyi peşəkarlığı yüksək qiymətləndirib.