XƏBƏRLƏR / Siyasət

Azərbaycan Ukraynada mədəniyyət mərkəzi tikəcək

Bu barədə Ukrayna KİV-i Ukrayna Nazirlər Kabinetinin müvafiq sərəncamına istinadən xəbər verir

Azərbaycan Ukraynada mədəniyyət mərkəzi tikəcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan Ukraynada mədəniyyət mərkəzi tikməyi planlaşdırır.

    Bu barədə Ukrayna KİV-i Ukrayna Nazirlər Kabinetinin müvafiq sərəncamına istinadən xəbər verir. Sənədə əsasən, Kiyev vilayətinin İrpen şəhərində mədəniyyət mərkəzinin, uşaq-gənclər idman məktəbi və incəsənət mərkəzinin tikintisi layihəsinin hazırlanması ilə bağlı Azərbaycan tərəfi ilə danışıqlar aparmaq üçün nümayəndə heyəti formalaşdırılıb.

    Qeyd olunur ki, Ukraynanın icmaların və ərazilərin inkişafı nazirinin müavini Denisyuk nümayəndə heyətinin rəhbəri təyin edilib.