XƏBƏRLƏR / Hərbi

Azərbaycan Ukraynaya minatəmizləmə maşınları göndərdi

 Bu barədə Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev bildirib

Azərbaycan Ukraynaya minatəmizləmə maşınları göndərdi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan Ukraynaya minatəmizləmə maşını verib.

     Bu barədə Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev "X" hesabında yazıb.

    Səfir bildirib ki, Azərbaycan bu ilin iyununda Londonda keçirilən Ukraynanın Bərpası Konfransında vəd etdiyi humanitar minatəmizləmə maşınını Ukraynaya bağışlayıb.

    Diplomat onu da əlavə edib ki, “İmprotex Industries” istehsalçı şirkətinin mütəxəssisləri onun istismarı ilə bağlı ukraynalı mütəxəssislərə təlimlərə başlayıblar.