XƏBƏRLƏR / Yükdaşıma

Azərbaycan üzərindən Ermənistana Rusiya buğdası gedib

YENİLƏNİB

Azərbaycan üzərindən Ermənistana Rusiya buğdası gedib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 13:19

    Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya buğdası daşıyan yük qatarı "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola düşüb.


    Qeyd edək ki, Rusiya Ermənistana bu dəfə 39 vaqondan ibarət, çəkisi 2 725 ton olan buğda göndərib.

    ***

    09:02

    Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək.

    39 vaqondan ibarət, çəkisi 2 725 ton olan buğda "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndəriləcək.

    Xatırladaq ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 44 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1 136 ton propan, 133 ton alüminium, 1 114 ton kömür və 67 ton taxta göndərilib.

    Eyni zamanda, indiyədək Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac olunub.