Azərbaycan-ABŞ strateji tərəfdaşlığı haqda sazişi hazırlanır
Bu barədə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev sosial şəbəkə hesabında yazıb

Azərbaycan və ABŞ arasında strateji tərəfdaşlığı haqda sazişin üzərində işlər davam edib. Bununla əlaqədar Prezidentin köməkçisi Hikmət Haçıyev Vaşinqtonda yerləşən Caspian Policy Center beyin mərkəzinin qonağı olub. Bu barədə Hacıyev özünün "X" hesabında paylaşım edib:
"ABŞ-ın beyin mərkəzlərinin nümayəndələri ilə görüşlər həmişə düşünmək üçün qida verir və faydalıdır. Azərbaycan və ABŞ arasında strateji tərəfdaşlığın inkişafına mühüm elmi töhfələrinə görə bütün dostlarıma minnətdaram. Bu səfərin təşkilinə görə @caspiancenter təşəkkür edirəm".
Caspian Policy Center (@caspiancenter) - Vaşinqtonda yerləşən Xəzər Regionunun - Siyasət, Təhlükəsizlik, Enerji və İqtisadiyyat üzrə siyasəti araşdıran beyin mərkəzidir.