XƏBƏRLƏR / Rəsmi

Azərbaycan və Çin prokurorluqları əməkdaşlığı gücləndirir

Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğunun rəhbəri İnq Yonq Bakıda səfərdədir

Azərbaycan və Çin prokurorluqları əməkdaşlığı gücləndirir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Çinin Baş Prokuroruna Azərbaycanın "Prokurorluğun Yaradılmasının 100 illiyi" medalı təqdim edilib.

    Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğunun rəhbəri İnq Yonq iki ölkənin nəzarət orqanları arasında əlaqələrin inkişafına və əməkdaşlığın möhkəmləndirilməsinə verdiyi töhfəyə görə medalla təltif edilib. Medalı ona Azərbaycanın Baş prokuroru Kamran Əliyev təqdim edib.

    Tərəflər həmçinin anlaşma memorandumu imzalayıblar. İnq Yonq Azərbaycanı yaxşı dost və etibarlı tərəfdaş adlandırıb və prokurorluq orqanları arasında əməkdaşlığın strateji tərəfdaşlığın vacib hissəsi olduğunu vurğulayıb. O bildirib ki, bu mükafat qurumlar arasında dərin və dostluq münasibətlərini nümayiş etdirir.