Azərbaycan və Ermənistan ekspertləri “Sülh Körpüsü” yaradır
Bu barədə Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin sədri Fərhad Məmmədov deyib
“İki gün ərzində Ermənistandan gələn vətəndaş cəmiyyəti nümayəndələri ilə müzakirələr həyata keçirildi. Artıq qrupun adı müəyyən edilib, bu, “Sülh Körpüsü” Təşəbbüsü adlanacaq”.
Bunu 21-22 noyabr 2025-ci il tarixlərində “Sülh Körpüsü” Təşəbbüsü çərçivəsində Bakıya səfər etmiş Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət qrupla görüşdə iştirak edən Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin sədri Fərhad Məmmədov deyib.

O bildirib ki, yaxın 6 ay ərzində ekspertlərin əməkdaşlığı, vətəndaş cəmiyyəti nümayəndələrinin məlumatlandırılması istiqamətində fəaliyyət və birgə media sahəsində əməkdaşlıq müzakirə edilib:
“Konkret istiqamətlər üzrə layihələrin həyata keçirilməsinə hazırlıq işinin başlanması təsdiq edilib. Bundan sonra artıq fərqli istiqamətlərdə tədbirlər planlaşdırılır, tədbirlər ancaq ikitərəfli formatda həyata keçiriləcək. Tədbirlər çərçivəsində hər iki tərəfdən nümayəndələrin səfərləri təşkil olunacaq və hər iki ölkə ziyarət ediləcək. Bu səfərlərdə təkcə bu qrupun üzvü olan 5 nəfər deyil, daha çox vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı nəzərdə tutulur”.
1 dəqiqə