XƏBƏRLƏR / Hərbi

Azərbaycan və Gürcüstan hərbi əməkdaşlığı müzakirə edirlər

Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti Gürcüstanda səfərdədir

Azərbaycan və Gürcüstan hərbi əməkdaşlığı müzakirə edirlər
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti Gürcüstana səfərə gedib.

    Nümayəndə heyətinə müdafiə nazirinin müavini Aqil Qurbanov, müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov və digər rəsmi şəxslər daxildir. Səfər çərçivəsində nümayəndə heyəti Gürcüstanın müdafiə nazirinin müavini Georgi Xaindrava ilə görüşüb.

    Görüşdə iki ölkə arasında hərbi əməkdaşlığın perspektivləri müzakirə olunub.