XƏBƏRLƏR / Qonşular

Azərbaycan və İran əlaqələrinin mövcud vəziyyəti

Azərbaycanın Baş naziri bu məsələni İranın mədəni irs, turizm və əl işləri sənayesi naziri ilə müzakirə edib

Azərbaycan və İran əlaqələrinin mövcud vəziyyəti
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanın Baş naziri Əli Əsədov noyabrın 20-də İranın mədəni irs, turizm və əl işləri sənayesi naziri Reza Salehi Amiri ilə görüşüb.

    Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

    Görüşdə COP29-un Bakıda yüksək səviyyədə təşkil olunduğu məmnunluqla vurğulanıb: "Azərbaycanın COP Sədrliyi dövründə müəyyən etdiyi prioritetlərdən birinin də turizm sahəsində iqlim fəaliyyəti olduğu diqqətə çatdırılıb. Söhbət zamanı Azərbaycan-İran əlaqələrinin hazırkı vəziyyəti, həmçinin qarşılıqlı maraq doğuran sahələrdə ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub".