Azərbaycan və İran HDQ komandanları Rusiyada görüşüb
Şahin Məmmədov və Şəhram İrani Xəzəryanı ölkələrin HDQ komandanlarının görüşündə iştirak edirlər

İran və Azərbaycan Hərbi Dəniz Qüvvələri komandanları Rusiyada strateji görüş keçirib. Bu barədə İRNA agentliyi məlumat yayıb.
İran Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Şəhram İrani oktyabrın 7-də Rusiyada keçirilən Xəzəryanı ölkələrin Hərbi Dəniz Qüvvələri komandanlarının görüşü çərçivəsində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı, kapitan Şahin Məmmədovla ikitərəfli görüş keçirib.
Görüşdən sonra Ş. Məmmədov bildirib ki, Tehran və Bakı iki dost, qardaş və qonşu ölkədir.
"Hər iki ölkə bütün sahələrdə əməkdaşlıq edir və Xəzər dənizi ilə bağlı məsələlərdə də çox uğurlu koordinasiya var", - o qeyd edib.
İclasda Rusiya Hərbi Dəniz Qüvvələrinin komandanı, admiral Aleksandr Moiseyev də çıxış edərək, yalnız beş Xəzər dövlətinin dəniz suları ilə bağlı qərar qəbul etmək hüququna malik olduğunu qeyd edib.
Öz növbəsində Ş. İranlı vurğulayıb: “Biz heç bir xarici ölkənin Xəzərlə bağlı qərar qəbul etməsinə imkan verməyəcəyik”.