XƏBƏRLƏR / Diplomatiya

Azərbaycan və Macarıstan XİN rəhbərlərinin mətbuat konfransı

Ceyhun Bayramov və Peter Siyarto jurnalistlərə nələri danışdılar VİDEO

Azərbaycan və Macarıstan XİN rəhbərlərinin mətbuat konfransı
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Azərbaycan və Macarıstanın xarici işlər nazirləri Bakıda birgə mətbuat konfransı keçiriblər. VİDEO

    Ceyhun Bayramov:

    - Macarıstanın Aİ-yə sədrliyi Azərbaycanla əməkdaşlığın inkişafına töhfə verəcək.

    - Azərbaycanla Macarıstan arasında ticarət dövriyyəsinin daha da artırılması üçün potensial var.

    - Macarıstan şirkətləri “Şahdəniz” yatağının işlənməsində iştirak edəcək. İndi Qarabağda tikinti işləri aparırlar.

    - Macarıstanda azərbaycanlı tələbələrin sayı ildən-ilə artır - iki ölkənin universitetləri arasında yaxşı əlaqələr qurulub.

    Peter Siyarto:

    - Macarıstan illik hasilatı 30 milyard kubmetr qaz olan "Şahdəniz" qaz yatağında pay alacaq.

    - Azərbaycansız Avropaya qaz nəqlini təsəvvür etmək mümkün deyil.

    - Azərbaycan Macarıstanın enerji təhlükəsizliyində çox mühüm oyunçudur - bu il Macarıstan ilk dəfə olaraq SOCAR-dan 50 min kubmetr qaz hasil edib.

    - Macarıstanın Azərbaycanın yaşıl enerji sektoruna investisiyaları 2 milyard dollara çatıb.