Azərbaycan və Özbəkistan hərbi əməkdaşlıq planı imzalayıb

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib

  • Oxuma müddəti:

    1 dəqiqə

  • Azərbaycan Müdafiə Nazirliyi ilə Özbəkistan Müdafiə Nazirliyi arasında 2026-cı il üçün ikitərəfli hərbi əməkdaşlıq planı imzalanıb.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, 10-da Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov dekabrın ölkədə rəsmi səfərdə olan Özbəkistan Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Viktor Mahmudov və müdafiə naziri general-leytenant Şuhrat Xalmuxamedovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

    Z.Həsənov Azərbaycan ilə Özbəkistan arasında həyata keçirilən ikitərəfli hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu vurğulayıb.

    Özbəkistan nümayəndə heyətinin rəhbərləri ölkələr arasında hərbi sahədə əməkdaşlığın hər iki ordunun inkişafına və daha da güclənməsinə xidmət etdiyini qeyd ediblər.

    Görüşdə Azərbaycan-Özbəkistan arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlıq, eləcə də müdafiə sahəsində qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

    Azərbaycana rəsmi səfər çərçivəsində Özbəkistan nümayəndə heyəti, həmçinin Azərbaycan Ordusunun Baş Qərargahında tabelikdəki baş idarə və idarələrin əsas fəaliyyət istiqamətləri ilə tanış olub, qonaqları maraqlandıran suallar cavablandırılıb.