Azərbaycan və Özbəkistan hərbi sənayeni müzakirə edib
Azərbaycan nümayəndə heyəti Özbəkistanda işgüzar səfərdədir

Azərbaycan və Özbəkistan müdafiə sənayesi sahəsində əməkdaşlığı müzakirə ediblər.
Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin şöbə müdiri Samir Ağabalayev Özbəkistanın Müdafiə Sənayesi Agentliyinin nümayəndə heyəti ilə görüşüb. Görüşdə hərbi sənaye kompleksində əlaqələr müzakirə olunub.
Hazırda Azərbaycan nümayəndə heyəti Özbəkistanda işgüzar səfərdədir və səfər mayın 15-də başa çatacaq. Səfərin məqsədi müdafiə sənayesi sahəsində hərbi-texniki əməkdaşlığın inkişaf etdirilməsi məsələləri ilə bağlı fikir mübadiləsi aparmaqdır.