Azərbaycan və Özbəkistan nümayəndə heyətləri Kabilə gəlib
Ticarət, nəqliyyat və logistikanın inkişafı, faydalı qazıntı yataqlarının birgə işlənməsi müzakirə edilib
Taliban Ticarət Nazirliyinin məlumatına görə, bu formatda ticarət, nəqliyyat və logistikanın inkişafı, faydalı qazıntı yataqlarının, o cümlədən karbohidrogen yataqlarının işlənilməsi, həmçinin Əfqanıstanın şimalında gücü ildə 1 milyon ton olan sement zavodunun tikintisi üzrə üçtərəfli danışıqlar aparılacaq.
Özbəkistan nümayəndə heyətinə investisiya, sənaye və texnologiya naziri Laziz Kudratov, Azərbaycan nümayəndə heyətinə isə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov rəhbərlik edir.
Taliban Ticarət Nazirliyindən onları müvafiq olaraq bərabər statuslu Nurəddin Əzizi və Əhmədullah Zahid qəbul edib.
Xatırladaq ki, Kabildə nadir səfirliklərdən biri - Azərbaycan səfirliyi fəaliyyət göstərir. Azərbaycanın Əfqanıstandakı fövqəladə və səlahiyyətli səfiri İlham Məmmədovdur.