BLOQ

Azərbaycan və Ukrayna müdafiə tərəfdaşlığını gücləndirirlər

Berlində yerləşən "The Carnegie Russia Eurasia" mərkəzi bu barədə analitik məqalə dərc edib

Azərbaycan və Ukrayna müdafiə tərəfdaşlığını gücləndirirlər
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Azərbaycan və Ukrayna hərbi təcrübəyə və yeni texnologiyalara vurğu verərək müdafiə təərəfdaşlığını gücləndirir.

    Azərbaycan və Ukrayna müasir hərbi münaqişələrdə qazanılan dərslərdən istifadə edərək daha dərin müdafiə və texnoloji əməkdaşlığa doğru irəliləyirlər. Nüfuzlu Amerika beyin mərkəzi olan Carnegie-nin fikrincə, bunu Prezident Zelenskinin Azərbaycana səfərindən sonra Bakı ilə Kiyev arasında imzalanan bir sıra yeni müqavilələr sübut edir.

    "Carnegi"nin təhlilinə görə, münasibətlərin bu yeni mərhələsinin əsas ideyası "Azərbaycanın Ukraynanın hərbi təcrübəsindən, xüsusən də pilotsuz uçuş aparatlarına qarşı sistemlər, hava nəzarət sistemləri və vacib infrastrukturun qorunması sahəsində istifadə etməyi gözləməsidir. Məqalədə vurğulanır ki, "Ukrayna sadəcə tərəfdaş kimi deyil, müasir müharibədə praktik təcrübə mənbəyi kimi qəbul edilir".

    "Carnegi" həmçinin vurğulayır ki, Bakının Kiyevə dəstəyi yalnız Rusiya ilə qarşıdurma ilə məhdudlaşmır. Məqalədə qeyd olunur: "Azərbaycanın Ukraynaya dəstəyi Rusiya əleyhinə mövqedən daha çox beynəlxalq tərəfdaşlar dairəsinin genişləndirilməsidir". 2022-ci ildən bəri Azərbaycan Ukraynaya generatorlar və yanacaq da daxil olmaqla 45 milyon dollardan çox humanitar və enerji yardımı göstərib. Lakin əməkdaşlıq hazırda humanitar dəstəkdən kənara çıxaraq birgə müdafiə layihələrinə doğru irəliləyir.