XƏBƏRLƏR / İctimaiyyət

Azərbaycana qış gəldi

Bu barədə Bakı Dövlət Universitetinin Astrofizika kafedrasından bildirilib

Azərbaycana qış gəldi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycana qış fəsli qədəm qoydu.

    Bakı Dövlət Universitetinin Astrofizika kafedrasından bildirilib ki, qış fəsli Azərbaycana dekabrın 21-i saat 13:20-də daxil olub.

    Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir və ya Günəş həmin gün günorta üfüqdən minimum hündürlükdə (26⁰.2) olur. Şimal yarımkürəsində qış, cənub yarımkürəsində isə yay fəsli başlayır. Həmin gün ən qısa gündüz (gündüzün uzunluğu 9 saat 17 dəqiqə 22 saniyə) və ən uzun gecə (gecənin uzunluğu isə 14 saat 42 dəqiqə 38 saniyə) olur. Fəslin uzunluğu 88 gün 23 saat 40 dəqiqə 55 saniyə olacaq.